YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Suraxanı rayon təşkilatında “Xalqa xidmətdə keçən ömür” adlı tədbir keçirilib

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibəti ilə Suraxanı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Xalqa xidmətdə keçən ömür” adlı tədbir  keçirilib.

Tədbir Yeni Suraxanı qəsəbəsində “14 iyul” küçəsində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi günü tərənnüm etdirən Xatirə kompleksinə baxış keçirməklə başlayıb.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının akt zalında Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibəti ilə keçirilən tədbir Azərbaycan Respublikasının dövlət himnini səsləndirilməsi ilə başlamışdır. Sonra Ulu Öndər haqqında film nümayiş olunub. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər.

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibəti ilə keçirilən tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirmişdir ki,    tarix özünün yaratdığı dahi şəxsiyyətlərin ideyaları və əməlləri əsasında qərar tutur. 1969-cu il iyulun 14-nün Azərbaycanın yeni tarixində müstəsna özəlliyi  var. Həmin gün Ümummilli Liderimiz Heydər Əliyev respublikanın rəhbərliyinə yüksəlib, Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçilib. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb.O zamandan başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev, YAP İdarə Heyətinin    üzvü, Milli Məclisin deputatı Mixail Zabelin, ekologiya və təbii    sərvətlər   nazirinin müavini, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva çıxış edərək Ulu Öndər  Heydər Əliyevin nəzəri irsi Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlərindən danışıblar.

 

DİGƏR Partiya xəbərləri Arxiv