YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aliyə Ağrılı: Gənclərə diqqət və qayğı YAP-ın fəaliyyətində əsas yerlərdən birini tutur

YAP-ın“Yay məktəbi” layihəsi çərçivəsində Lerik rayonunda səfərdə olan  YAP Gənclər Birliyinin koordinatoru Aliyə Ağrılı: “YAP müxtəlif sahələri özündə ehtiva edən, cəmiyyətin bütün təbəqələrini əhatə edən layihələr həyata keçirir. Təbii ki, bu zaman ölkə gəncliyi unudulmur. Onlara diqqət və qayğı göstərilməsi də YAP-ın fəaliyyətində əsas yerlərdən birini tutur. YAP Gənclər Birliyi tərəfindən artıq bir neçə ildir ki, böyük uğurla davam etdirilən və ölkənin bütün bölgələrindən olan gəncləri əhatə edən “Yay məktəbi” layihəsi ənənəyə çevrilib. Bu layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda yaşayan bütün gənclərin bir-birini daha yaxından tanıması, onlar arasında səmimi münasibətlərin yaradılması, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqda gənclərə dolğun məlumatların çatdırılması, tanınmış siyasətçilərlə görüşlərin təşkil edilməsi, gənclərin ictimai-siyasi fəallığının artırılması, asudə vaxtın səmərəli təşkili və gələcəkdə müxtəlif sahələrdə çalışacaq gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasıdır” .