YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Donald Tusk: Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrlə əməkdaşlığı daha da gücləndirəcək

Avropa İttifaqı “Şərq tərəfdaşlığı”na üzv ölkələrlə əməkdaşlığı daha da gücləndirəcək.

Bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Batumidə “Şərq tərəfdaşlığı” proqramının 10 illik yubileyinə həsr olunan beynəlxalq konfransda çıxışı zamanı söyləyib.

O deyib: “Tərəfdaş ölkələrlə siyasi və iqtisadi inteqrasiyanın davam etdirilməsi və daha da gücləndirilməsi üçün yeni imkanlar nəzərdən keçiriləcək. Əməkdaşlığın daha da güclü olması üçün dövlətlərlə yanaşı, vətəndaş cəmiyyəti və biznes ictimaiyyətinin də dəstəyi tələb olunur. “Şərq tərəfdaşlığı” proqramının uğurlu olduğunu gündəlik həyat təsdiq edir”.