YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hafiz Paşayev: Azərbaycan diplomatiyası asan yol keçməyib

Azərbaycan diplomatiyası bugünkü günə çatana kimi asan yol keçməyib.

Bunu ADA Universitetinin rektoru, Xarici İşlər nazirinin müavini Hafiz Paşayev Azərbaycanın “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə beynəlxalq konfransda çıxışı zamanı deyib.

H.Paşayev qeyd edib: "Ötən il biz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd etdik. ADA Universitetində bu münasibətlə müxtəlif tədbirlər keçirildi. Bu il isə biz Azərbaycan diplomatiyasının 100 illiyini qeyd edirik".

Xarici İşlər nazirinin müavini vurğulayıb ki, artıq 30 ildir ki, Azərbaycan beynəlxalq diplomatiyanın bir hissəsidir.

H.Paşayev əlavə edib ki, Azərbaycan diplomatiyası bugünkü günə çatana kimi asan yol keçməyib.

Qeyd edək ki, ADA Universitetində Azərbaycanın “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə konfrans keçirilir.

Tədbirdə Xarici İşlər naziri Elmar Məmmədyarov, dövlət rəsmiləri, Azərbaycanın xarici ölkələrdəki səfirləri, Bakıda çalışan xarici diplomatlar iştirak edirlər.

Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü təsis edilib. Hər il 9 iyul Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir.