YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan 4 ölkəyə qızılgül yağı ixrac etməyə hazırlaşır

Azərbaycan xaricə qızılgül yağı ixrac edəcək.

Bu barədə özəl olaraq Trend-də "Azərrose" Məhdud Məsuliyyətli Cəmiyyətdən məlumat verilib.

Məlumata görə, şirkət xaricə qızılgül yağı ixrac etmək üçün danışıqlar aparır: "Artıq danışıqlar yekunlaşmaq üzrədir. Çox güman ki, yaxın vaxtlarda danışıqlar yekunlaşacaq və yağ ixracına başlayacağıq".

Şirkətdən bildiriblər ki, hazırda Fransa, İsveçrə, Almaniya və Bavariyaya qızılgül yağı və lavanda yağı ixrac etmək üçün danışıqlar aparılır. Şirkətdən qeyd ediblər ki, həmin yağları "Made in Azerbaijan" brendi altında, "Roseoil" və "Lavandoil" adı ilə ixrac edəcəklər.

 

DİGƏR Xəbərlər Arxiv