YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir

“UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir”. Bu fikri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, Azərbaycan ümumdünya mədəni və təbii irsin qorunması sahəsində ən yaxşı təcrübələri bir araya gətirərək bu prosesə mühüm töhfələr verir. Onun sözlərinə görə, UNESKO-nun bu tədbiri ümumbəşəri dəyərə malik tarixi və mədəni abidələrin Dünya İrs Siyahısına salınması üçün müzakirələr aparmaq baxımından əhəmiyyətlidir. Dünyanın müxtəlif ölkələrindən 2500-dən çox nümayəndənin iştirakı və tədbirin yüksək səviyyədə təşkili Azərbaycanın bu işə töhfəsini göstərir.

Millət vəkili qeyd edib ki, Azərbaycan-UNESKO əlaqələri yüksələn xətlə inkişaf edir. Azərbaycan dövlətinin bu əlaqələrə böyük önəm verdiyini deyən S.Əliyevanın sözlərinə görə, respublikamızın Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu əlaqələrin inkişafında xüsusi rolu var. Azərbaycanın zəngin tarixə və mədəniyyətə malik olduğunu söyləyən deputat bir çox tarixi-mədəni abidələrimizin UNESKO-nun mədəni irs siyahısına daxil edildiyini diqqətə çatdırıb.

S.Əliyeva onu da bildirib ki, etnik və dini tolerantlıq Azərbaycanda dövlət səviyyəsində təbliğ edilir və ölkənimdə müxtəlif xalqlara məxsus dini və tarixi mədəni abidələrin qorunmasına həssaslıqla yanaşılır: “Bu fakt bütün dünya tərəfindən, o cümlədən  UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən mötəbər qonaqlar tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın multikultural sahədə təcrübəsini digər dövlətlər də öyrənməlidir. Belə mədəniyyət tədbirləri ölkələrə bir-birinin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradır. Bütün bunlar ölkəmizin belə beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün böyük təcrübəyə malik olduğunu bir daha təsdiqləyir”.