YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Yeni Azərbaycan Partiyası tərəfindən hər zaman sosial aksiyalar reallaşdırılır

“Yeni Azərbaycan Partiyası daim müxtəlif layihələr həyata keçirərək qayğıya ehtiyacı olan insanlarla görüşlər keçirir”. Bu fikri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov bildirib ki, Yeni Azərbaycan Partiyası tərəfindən hər zaman sosial aksiyalar reallaşdırılır. Onun sözlərinə görə, partiyamızın gənc üzvləri də bu aksiyalarda fəal iştirak edirlər. YAP Gənclər Birliyinin reallaşdırdığı aztəminatlı ailələrə qayğı aksiyası da dövlətimizin və partiyamızın sosial siyasətini özündə ifadə edir.
Hökumətin və partiyanın həyata keçirdiyi sosial siyasətin insanlara qayğını özündə əks etdirdiyini deyən YAP Gənclər Birliyinin sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşı təşkil olunması üçün istifadə edilsin. O cümlədən də qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzində saxlanılır.

“Belə tədbirlər dövlətimizin, Prezident İlham Əliyevin siyasətinə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə həyata keçirdiyi layihələrə dəstək xarakteri daşıyır”-deyə, S.Orucov vurğulayıb.