YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin üzvləri aztəminatlı ailələrə sosial dəstək aksiyası keçiriblər

Yeni Azərbaycan Partiyası  Gənclər Birliyinin aztəminatlı ailələrə sosial dəstək aksiyası çərçivəsində YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin üzvləri bir neçə aztəminatlı ailələrə baş çəkib və sovqat hədiyyəsi aparıb. Aksiya öncəsi fikirlərini bölüşən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov şəhid ailələrinin, tənha yaşlı insanların və bu kimi kateqoriyadan olan vətəndaşlarımızın hər zaman diqqət mərkəzində saxlanıldığını bildirib. O  qeyd edib ki, ölkəmizdə həyata keçirilən siyasi kurs vətəndaşların sosial rifahının yüksəldilməsinə xidmət göstərir. R.Hüseynov YAP-ın hər zaman vətəndaşların yanında olduğunu və onların sosial problemlərinin həllində yaxından iştirak etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu aksiya çərçivəsində konkret olaraq Sumqayıt şəhərində yaşayan 13 aztəminatlı ailəyə baş çəkilib və onlara maddi yardım göstərilib.

Daha sonra aksiya çərçivəsində Səliməxanım Əliyeva, Firuzə Yaqubova, Zeynəb Quliyeva, Salvar Cavadova, Gülarə Hüseynova, Bəsirə İsayeva,  Şükufə Kazımova, Firuzə Əhmədova, Qəribə İbrahimova, İstiba Alməmmədova, Könül Kazımova Vəzifə Heydərova və Abuzər Abdullayevin ailəsinə baş çəkilib. Aztəminatlı ailələrlə görüşdə YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin  sədri Elvin Məmmədzadə bildirib ki, YAP mütəmadi olaraq aztəminatlı insanlarımıza dəstək yönündə müxtəlif layihələr həyata keçirir. Bu dəfə də YAP Gənclər Birliyinin belə bir aksiya keçirdiyini diqqətə çatdıran E.Məmmədzadə bu kateqoriyadan olan insanlarımızın hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu, onlara dəstək göstərildiyini deyib.

Öz növbəsində vətəndaşlar ölkə Prezidentinin, Yeni Azərbaycan Partiyasının  onlara göstərdiyi diqqətə və qayğıya görə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, bu gün Azərbaycan dövləti öz vətəndaşlarının rifah halının yüksəldilməsi istiqamətində bütün tədbirləri görür.