YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyi “ Aztəminatlı ailələrə qayğı “ aksiyasına qoşuldu

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin üzvləri Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə həyata keçirilən “ Aztəminatlı ailələrə qayğı “ aksiyasına qoşularaq rayon ərazisində yaşayan imkansız ailələrə sovqat paylayıblar. Aksiyada iştirak edən YAP Pirallahı rayon təşkilatı Gənclər birliyinin sədri Rüfət Əhmədov,  sədrin müavini Elturan  Həşimov və partiyanın digər fəalları tərtib olunmuş siyahı üzrə aztəminatlı ailələrə baş çəkərək onların problemləri ilə yaxından tanış olublar. 

YAP Pirallahı rayon təşkilatı Gənclər birliyinin sədri Rüfət Əhmədov bildirib ki, ölkənin ictimai - siyasi həyatında aparıcı rola malik olan Yeni Azərbaycan Partiyası tərəfindən mütəmadi olaraq əlamətdar günlərdə aztəminatlı ailələrə sovqatlar paylanılır, bayram süfrələri açılır, sosial yardıma ehtiyacı olan şəxslərlə bağlı müxtəlif layihələr reallaşdırılır.  Partiyanın ənənəsinə sadiq qalmaq biz gənclərin borcudur. Hər il olduğu kimi, bu il də  YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyi dövlətin aztəminatlı ailələr üzrə həyata keçirdiyi sosial siyasətə öz töhfəsini verməklə, rayon ərazisində yaşayan imkansız ailələrlə görüşməyi qərara aldı, qayğıya ehtiyacı olan şəxslərə dəstək göstərdi.

Həyata keçirilən bu cür layihələr vətəndaşların sosial rifahının yüksəldilməsinə töhfə verməklə yanaşı, onların qayğı ilə əhatələnməsi, əlamətdar günlərdə aztəminatlı ailələrə bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi daşıyır.