YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 27,2 faiz artıb

2014-cü il noyabr ayının 1-nə olan statistikaya əsasən,  ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 27,2 faiz artıb. 2014-ci il noyabrın 1-nə olan statistikaya əsasən, DSMF tərəfindən əlavə olaraq 4658 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 21 758 nəfərə yüksəlib.

Məlumatı  DSMF-nin İctimaiyyətlə əlaqələr sektoru yayıb.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,2 faizini (19419 nəfər) kişilər, 10,8 faizini (2 339 nəfər) isə qadınlar təşkil edir. 

Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (11 606 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 2 459 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 249 nəfərə çatıb. 

Sonrakı yerlərdə İran İslam Respublikası (851), Çin Xalq Respublikası (730) Hindistan (592), Pakistan İslam Respublikası (462), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (328), Ukrayna (236), Özbəkistan (235), Banqladeş Xalq Respublikası (201), Filippin (188), Almaniya (181), Türkmənistan (180), ABŞ (157), Qazaxıstan (152), İtaliya (140), Cənubi Koreya Respublikası (134), Bosniya və Hersoqovina (132), Malayziya (103)  və s. ölkələr gəlir.

Ölkəmizdə 2006-cı ildən etibarən fəaliyyət göstərən sığorta-pensiya sistemində Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin ödədikləri məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu həyata keçirilir.