YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sutka ərzində atəşkəs rejimi ümumilikdə 37 dəfə pozulub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 37 dəfə pozulub. Erməni silahlı bölmələri Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini atəşə tutublar. Ermənilər Azərbaycan Respublikasının Tərtər rayonunun Göyarx, Qızıl Oba, Nəmirli, Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açıblar.

Düşmən cavab atəşi ilə susdurulub.