YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Adil Əliyev: Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb

“Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordusu reytinqində ilk 50 ordu arasındadır. Ordumuz potensial düşmənə hər zaman layiqli cavab vermək iqtidarındadır”. Bu fikirləri Milli Məclisin deputatı Adil Əliyev deyib.

A.Əliyev bildirib ki, Azərbaycanın müdafiə xərcləri Ermənistandan təxminən 4 dəfə artıqdır. Azərbaycan ordusunda şəxsi heyətin sayı 374500 nəfər vətəni uğrunda canından belə keçəcək vətənpərvər əsgərdən ibarətdir. Bu ordunun və malik olduğu texnikanın qarşısında erməni ordusu dura bilərmi?! İşğalçı dövlətin havadarları güclü olsa da ordusu ruhən qorxaq olur.

“Bu gün Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək peşəkarlıqla yerinə yetirmək iqtidarna malikdir. Möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin göstərdiyi qayğı nəticəsində vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu gündən günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə NATO standartlarına uyğunlaşmış modern ordusu ilə diqqət çəkir. Azərbaycan hərbçiləri NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində təşkil olunan müxtəlif ixtisasartırma kurslarında iştirak edir. Azərbaycanın NATO ilə əlaqələri “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı” çərçivəsində inkişaf edir. Bu, ordu quruculuğumuzda növbəti nailiyyətimiz deməkdir”-deyə, A.Əliyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv