YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xocavənd rayon təşkilatında İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə bədii qiraət müsabiqəsi keçirilib

Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatında Azərbaycan ədəbiyyatında ictimai- fəlsəfi şerləri ilə xüsusi yer tutan, klassik mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə bədii qiraət müsabiqəsi keçirilib.

YAP Xocavənd rayon təşkilatının keçirdiyi bədii qiraət müsabiqəsində rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak edib və müsabiqədə Nəsiminin şerləri ifa olunub.
Maraqlı keçən bədii qiraət müsabiqəsində münsiflər heyətinin yekdil qərarına əsasən Xocavənd rayon Salakətin kənd tam orta məktəbinin X sinif şagirdi Sənəm Quliyeva  I, Tuğ kənd tam orta məktəbin IX sinif şagirdi Samilə İsmayılova II, Salakətin kənd tam orta məktəbin XI sinif şagirdi Yaşar Məmmədov III yerə layiq görülüblər.
Müsabiqənin qalibləri hədiyyələrlə mükafatlandırılıblar. Onlar respublika müsabiqəsində iştirak hüququ qazanıblar.