YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Minimum əməkhaqqının 250 manata qədər artırılması vətəndaşlarımızın sosial vəziyyətini daha da yaxşılaşdıracaq

“Minimum əməkhaqqının 250 manata qədər artırılması vətəndaşlarımızın sosial vəziyyətini daha da yaxşılaşdıracaq”. Bu fiki Milli Məclisin deputatı  Sevinc Hüseynova deyib.

S.Hüseynova  bildirib ki, Prezident İlham Əliyevin apardığı siyasətin mərkəzində hər zaman vətəndaşın sosial durumunun və rifahının yaxşılaşdırılması dayanır. Onun sözlərinə görə, dövlət başçısı bu ilin fevralında minimum əmək haqlarının 130 manatdan 180 manata qaldırılması ilə bağlı sərəncam vermişdi. Qısa müddət ərzində bu rəqəmin 250 manata qaldırılması vətəndaşlarımızın maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılmış ən əhəmiyyətli addımdır.

“Minimum əmək haqqının artırılması haqqında imzalanan sərəncam özəl sektorda çalışan 350 min, dövlət sektorunda isə 600 minə yaxın şəxsə şamil olunacaq. Bundan başqa dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılmasıyla bağlı elə həmin gün imzalanan sərəncamlar ümumilikdə 2 milyon vətəndaşımızı əhatə edəcək. Onların maaşının 50 faizə qədər artırılması Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin inqilabi xarakter daşıdığını və dövlətin vətəndaş üçün olduğunu bir daha sübut edir. Prezident hər zaman sosial siyasətə böyük önəm verdiyi üçün bu istiqamətdə bir sıra sərəncamlar imzalayır və bu, davamlı xarakter daşıyır”-deyə, deputat qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv