YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələrinin (HHQ) Hərbi Akademiyasının qərargah kursunda təhsil alan Pakistan, Cənubi Afrika Respublikası, Oman və Çin Xalq Respublikası HHQ-nin yüksəkrütbəli zabitlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tanışlıq səfəri çərçivəsində briqada generalı Məhəmməd Camal Ərşadın başçılıq etdiyi heyət Azərbaycan Hərbi Hava Qüvvələrinin bazası və Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib, eləcə də aidiyyəti dövlət qurumları və təhsil müəssisələrində görüşlər keçiriblər.