YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa İttifaqı ilə Azərbaycanın kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsi 237 milyon dollar olub

Keçən il Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsi 237 milyon dollar təşkil edib.

Bu barədə iyunun 13-də Bakıda keçirilən V Azərbaycan-Avropa İttifaqı biznes forumu çərçivəsində panel iclasda Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir qeyd edib ki, Azərbaycandan Aİ ölkələrinə 47,8 milyon dollarlıq məhsul ixrac edilib, 189 milyon dollarlıq kənd təsərrüfatı məhsulu isə ölkəyə idxal olunub. Mövcud potensialı nəzərə alaraq bu rəqəmləri artırmalıyıq.