YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar

15 İyun Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası  Nərimanov rayon təşkilatı Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar.

Əvvəlcə, Milli Məclisin foyesində   Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq abidənin  önünə gül dəstələri düzülüb.

Sonra  Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri ilə YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin fəallarının görüşü keçirilib. Gənclər həmçinin  parlamentin iclas zalı ilə tanış olublar. Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev gəncləri salamlayıb, gənclərin 15 İyun Milli Qurtuluş Günü ərəfəsində Azərbaycan parlamentinin fəaliyyəti ilə tanış olmalarının əhəmiyyətini vurğulayıb və parlamentin fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, parlamentin binası hələ sovetlər dönəmində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilərək istifadəyə verilib. Azərbaycan parlamentinin keçdiyi yolun əhəmiyyətindən danışan Ü. Quliyev 1995-ci ildən indiyə kimi parlamentin 2000-dən çox qanun və qərar qəbul etdiyini gənclərin diqqətinə çatdırıb.

Daha sonra YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin üzvləri parlamentdə komitə iclaslarının keçirildiyi əsas zal ilə tanış olublar.

Sonra “Milli Qurtuluş Gününün gənclərə verdiyi töhvələr” mövzusunda dəyirmi masa keçirilib. Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Ülvi Quliyev çıxış edərək 1993-cü ilin iyununda Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının önəmindən, ölkənin vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas edilməsindən, vətəndaş cəmiyyətinin formalaşması istiqamətində həyata keçirilən uğurlu islahatlardan bəhs edib. Komitə sədri bildirib ki, 1993-cu ilin 15 iyunundan indiyə kimi Azərbaycanda gənclər sahəsində mühüm uğurlar əldə olunub. Bu uğurların əsas səbəbi dövlət gənclər siyasətinin təməlinin sağlam zəmində formalaşdırılması olub. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlətimizin başçısının bu sahəyə yüksək diqqət və qayğısı nəticəsində ölkəmizdə gənclərin inkişafı ilə bağlı mühüm dövlət proqramları və strategiyaları qəbul olunub, Gənclər mərkəzləri, Gənclər evləri, Olimpiya İdman kompleksləri istifadəyə verilib.

Tədbirdə həmçinin, Mili Məclisin Gənclər və İdman Komitəsinin üzvləri Şahin İsmayılov, Eldəniz Səlimov, Elşən Musayev və Cavid Osmanov Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişaf və tərəqqisi yolundakı əvəzsiz xidmətlərindən danışıblar.

Dəyirmi masada həmçinin gənclər çıxış edib, onları maraqlandıran suallar cavablandırılıb.