YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Süleymanov: 15 iyun Azərbaycan dövlətinin qurtuluşu günüdür

“Hər il iyunun 15-də qeyd etdiyimiz Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıdışı ölkəmizin zəngin çoxəsrlik siyasi tarixinə möhtəşəm hadisə kimi yazıldı”. Bu fikirləri  Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

T.Süleymanov bildirib ki, 1993-cü ilin ortalarında ölkədə hakimiyyət böhranı daha da kəskinləşmişdi. Onun sözlərinə görə, bu dövrdə hakimiyyətdə olan qüvvələr öz savadsız və səriştəsiz əməlləri ilə ölkəmizin müstəqilliyini ciddi təhlükə altına qoydular. Millət vəkili qeyd edib ki, 1993-cü ildə xalqın təkidi və tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə görülmüş təxirəsalınmaz sosial-iqtisadi və siyasi tədbirlər dövlətimizin möhkəmlənməsinə, dünya birliyinə inteqrasiya olunmasına və ölkəmizdə vətəndaşların maraq və mənafelərinə cavab verən müasir cəmiyyətin qurulmasına xidmət edib. 1993-cü ilin iyun ayından etibarən Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilməsi üçün genişmiqyaslı və köklü islahatlara başlandı.

“15 iyun 1993-cü il müstəqil Azərbaycanın tərəqqisinin başlanğıc tarixidir. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdi. 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Həmin vaxtdan bu günə kimi Azərbaycan xalqı 15 iyun gününü ən əziz bayramlardan biri kimi qeyd edir, Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir və bu əlamətdar hadisəni məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlayır. Xalqımız və bütün dünya ötən illərdə Ümummilli Liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyasının şahidi olub, Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq Heydər Əliyevin səyləri ilə gələcəyə inamla baxan, öz sözünü deyən, qüdrətli bir dövlətə çevrilib. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm və siyasi iradə sayəsində təşəbbüs etdiyi və gördüyü böyük işlər öz miqyasına görə hər birimizi qürurlandırır. Bu gün Azərbaycanda müstəqillik və dövlətçilik ənənələri formalaşdırılıb və heç bir şübhə yoxdur ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi-ictimai xadim kimi apardığı siyasətin əsas amalı Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qorumaq iqtidarında olan qüdrətli dövlətə çevirmək olub. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi dəst-xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır”-deyə, T.Rzayev vurğulayıb.