YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır

“1991-ci ildə müstəqilliyini əldə etmiş Azərbaycan ciddi siyasi və iqtisadi problemlərlə qarşı-qarşıya idi. Xüsusilə də, həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz və milli maraqlardan uzaq siyasəti Azərbaycanı xaos meydanına çevirmiş, ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir acınacaqlı vəziyyətdə Azərbaycanı düşdüyü ağır şəraitdən – faciə və fəlakətlərdən xilas edəcək güclü siyasi liderə ehtiyac var idi. Bu şəxsiyyət məhz böyük dövlət xadimi, dahi siyasətçi Heydər Əliyev idi”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib.

Onun sözlərinə görə, xalqımız 1993-cü ildə parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu: “Həmin il iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu”. 

Millət vəkili əlavə edib ki, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən Heydər Əliyev ölkəmizi tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı, respublikamızın qarşısında yeni perspektivlər açıldı. “Xalqımızın və dövlətimizin xilaskarı olan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli, məqsədyönlü, uzaqgörən daxili və xarici siyasət nəticəsində Azərbaycan güclü, qüdrətli bir dövlətə çevrildi, ölkəmiz beynəlxalq arenada söz və nüfuz sahibi kimi çıxış etməyə başladı, etibarlı tərəfdaş kimi tanındı”,-deyən Malik Həsənov əlavə edib ki, müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir.

“Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında uğurla və inamla inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə möhtəşəm uğurlar qazanaraq inkişaf yolunda əmin addımlarla irəliləyən qüdrətli Azərbaycan dünyada sabitlik adası kimi tanınır, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Bütün bu nailiyyətlərin əsasında duran amil, qeyd etdiyim kimi, Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsidir”,-deyə millət vəkili vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv