YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Şərifov: 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 mlrd. 438 mln manat həcmində proqnozlaşdırılır

2015-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5% həcmində olmaqla nominal ifadədə 19 mlrd. 438 mln. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3%-i təşkil etməklə 21 mlrd. 100 mln. manat proqnozlaşdırılır. Bunu maliyyə naziri Samir Şərifov bildirib.

S.Şərifov qeyd edib ki, dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 mlrd. 54 mln. manat və ya 5,7% çoxdur. Büdcə xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 mlrd. 37  mln. manat və yaxud 5,2% artıqdır.

 «Büdcənin gəlirlər hissəsinin yarıdan çoxu Dövlət Neft Fondunun (ARDNF) hesabına təmin ediləcək. Gələn il ARDNF-dan dövlət büdcəsinə 10 mlrd. 388 mln. manat vəsait ayrılması nəzərdə tutulur. Bundan başqa, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 mlrd. 112 mln. manat, Dövlət Gömrük Komitəsinin xətti ilə natural ifadədə 1 590 mln. manat daxilolma proqnozlaşdırılır»- deyə, nazir vurğulayıb.