YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Gələn ilin büdcəsi ölkəmizin sosial-iqtisadi inkişafını özündə ehtiva edir

«2015-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsi çox mükəmməl və Azərbaycanın inkişaf strategiyasına uyğun hazırlanıb». Bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, dünyada baş verən bəzi proseslər və neftin qiymətinin müəyyən təsirlərə məruz qalmasına baxmayaraq, bu ilin büdcəsində də sosial proqramlara çox böyük önəm verilib.

«Bu, Azərbaycanda düzgün müəyyənləşdirilmiş iqtisadi siyasətin nəticəsidir. Gələn ilin büdcəsi ölkəmizin sosial-iqtisadi inkişafını özündə ehtiva edir»- deyə, komitə sədri vurğulayıb.