Partiya xəbərləri
YAP Qəbələ rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Qəbələ şəhərində Ümummilli Lider Heydər Əlıiyevin abidəsi ziyarət edib, abidə önünə tər gül dəstələri qoyublar.
YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov konfransı açaraq YAP-ın cəmiyyətdəki rolundan bəhs edib.
Konfransda ötən dövr ərzində görülən işlər barədə hesabat məruzəsi ilə YAP Qəbələ rayon təşkilatı Gənclər Birliyinin sədri Namiq Ağayev çixiş edib.
Məruzə ətrafinda gənclərdən Səbinə Sabirli, Ümid Məsimov, Aytac Həmidova və Anar Şirinov çıxış ediblər.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Qəbələ rayon təşkilatı Gənclər Birliyinin 15 nəfərdən ibarət Şura üzvü və 7 nəfərdən ibarət İdarə Heyətinin üzvü seçilib.
Anar Tofiq oğlu Şirinov YAP Qəbələ rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Eləcə də, YAP Gənclər Birliyinin konfransına nümayəndələr seçilib.