YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Əli Həsənov: Beynəlxalq standartlara uyğunlaşdırılmış Azərbaycan qanunvericiliyi vətəndaş cəmiyyətinin davamlı inkişafına tam təminat verir

“Azərbaycan demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçmişdir və bunu heç kim inkar edə bilməz. İstər demokratik cəmiyyət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, istərsə də məhkəmə-hüquq sistemində demokratik islahatların həyata keçirilməsi baxımından Azərbaycan Avropa Şurasına üzv dövlətlərin heç birindən geri qalmır. Beynəlxalq standartlara uyğunlaşdırılmış Azərbaycan qanunvericiliyi vətəndaş cəmiyyətinin davamlı inkişafına, söz və məlumat, sərbəst toplaşmaq azadlığına, insan hüquqlarının səmərəli müdafiəsinə tam təminat verir.” Bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov səsləndirmişdir.

“Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasında aktiv fəaliyyəti, təşəbbüskarlığı, prinsipial mövqeyi ilə seçilir, qarşısında duran bütün vəzifələri, öhdəlikləri yerinə yetirir. Biz Avropa Şurasını xarici əlaqələrimizi inkişaf etdirmək, üzv dövlətlərlə səmərəli əməkdaşlıq yolu ilə mövcud potensialımızı daha da gücləndirmək, formalaşmış beynəlxalq münasibətlər sisteminin möhkəmlənməsinə töhfəmizi vermək, ümumavropa proseslərinin fəal iştirakçısı olmaq, həmçinin milli maraqlarımızı müdafiə etmək və haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaq istiqamətində platforma, tribuna kimi qiymətləndiririk. Haqlı olaraq həm Avropa Şurasının rəhbərliyindən, həm də üzv dövlətlərdən Azərbaycana qarşı adekvat münasibət gözləyirik.”-deyə, Əli Həsənov qeyd etmişdir.