YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sədrinin müavini Əli Əhmədov Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsi sədrinin müavini Mao Biaonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsi sədrinin müavini Mao Biaonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları salamlayan Əli Əhmədov belə bir yüksək səviyyəli nümayəndə heyətinin ölkəmizə  səfərinin Azərbaycan – Çin münasibətlərinin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir. «Çin Xalq Siyasi Məşvərət Şurası bu ölkənin siyasi sistemində mühüm strukturdur. Bu qurumun nümayəndə heyətinin ölkəmizə səfəri Çin Xalq Respublikasının Azərbaycana olan yüksək münasibətinin göstəricisidir»- deyən, YAP Sədrinin müavini qeyd etmişdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə Çin Xalq Respublikası ilə əlaqələr önəmli yer tutur.

Əli Əhmədov bu səfərin  Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının münasibətlərinə də müsbət təsir göstərəcəyini diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, hər iki partiya arasında əlaqələr yüksək səviyyədədir. O, Yeni Azərbaycan Partiyasının fəaliyyətində beynəlxalq əlaqələrin inkişafının əsas istiqamətlərdən biri olduğunu demişdir. «Bu baxımdan, Çin Kommunist Partiyası ilə əməkdaşlığa böyük əhəmiyyət veririk. Hər iki partiyanın nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, keçirilən görüşlər və müzakirələr əlaqələrimizi daha da möhkəmləndirir. Siyasi partiyaların əlaqələri ölkələr arasında münasibətlərin inkişafına da müsbət təsirini göstərir. Düşünürəm ki, səfər bu baxımdan xüsusi əhəmiyyət kəsb edir»- deyə, YAP Sədrinin müavini vurğulamışdır.

Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsi sədrinin müavini Mao Biao Azərbaycana səfərindən məmnunluğunu ifadə etmişdir.  O, bildirmişdir ki, Çin Xalq Respublikası Azərbaycanı özünün dostu hesab edir. İki ölkənin strateji tərəfdaş və dost olduğunu deyən qonaq siyasi münasibətlərlə yanaşı iqtisadi-ticari əlaqələrin də inkişaf etdiyini diqqətə çatdırmışdır. Mao Biao Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının münasibətlərini də yüksək qiymətləndirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Görüşdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov iştirak etmişdir.