YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakaonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq icra olunan layihələrin ölkəmizin iqtisadi inkişafı, o cümlədən müasir infrastrukturun yaradılması işinə töhfə verdiyini qeyd etdi.

Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirdi. O, gələn il Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının Azərbaycanda keçiriləcək 48-ci illik toplantısının əhəmiyyətinə toxunaraq ölkəmizdə bu tədbirin yüksək səviyyədə təşkil olunacağına və xeyli sayda ölkənin dövlət və özəl sektorunun nümayəndələrinin bu toplantıda təmsil olunacağına əminliyini vurğuladı.

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 2015-ci ildə Bakıda keçiriləcək 48-ci illik toplantısının beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsi, ölkəmizin dünyaya yüksək səviyyədə təqdim olunması, Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri ilə daha yaxından tanış olmaq baxımından əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Asiya İnkişaf Bankı ilə əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə əminliyini bildirdi.