YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Azərbaycan iqtisadiyyatı dinamik artım nümayiş etdirir

“Qlobal risklərə, dünyada baş verən təlatümlü hadisələrə baxmayaraq Azərbaycan iqtisadiyyatı dinamik artım nümayiş etdirir”. Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

 Z.Səmədzadə bildirib ki, xüsusilə qeyri-neft, nəqliyyat sektorlarında və digər sahələrdə əvvəlki illərə nisbətən imkanlar genişlənib.

“Ötən il Azərbaycan iqtisadiyyatına 17,2 milyard manat vəsait qoyulub. Bu, əvvəlki ilə nisbətən 3 milyard manat çoxdur. Eyni zamanda, bu vəsaitlərin 70 faizi daxili mənbələr hesabına edilib. Eləcə də, ölkədə innovativ sahibkarlığın inkişaf etdirilməsi, yeni fəaliyyət növlərinin və məhsullarının təşviqi üçün əlverişli mühitin yaradılması ilə yanaşı, qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlər gücləndirilir. Azərbaycanda elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi, tətbiqi üçün texnoparklar və innovasiya zonaları yaradılır”-deyə, komitə sədri vurğulayıb.