YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransa Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlıdır

Energetika Nazirliyində Fransa İnkişaf Agentliyinin Cənubi Qafqaz İdarəsinin rəhbəri xanım Qael Assayaq ilə görüş keçirilib.

Nazirlikdən bildirilib ki, görüşdə agentliyin nəqliyyat, kənd təsərrüfatı və digər sahələrlə yanaşı dayanıqlı enerji təchizatı, təmiz enerji üzrə layihələrin maliyyələşdirilməsində iştirakı və indiyə kimi müxtəlif sahələr üzrə 752 layihəyə 10,4 milyard avro maliyyə vəsaitinin ayrılması barədə məlumat verilib. Q.Assayaq bildirib ki, agentlik Azərbaycanda bərpaolunan enerji mənbələri və enerji səmərəliliyi üzrə həyata keçirilən layihələrdə iştirakda maraqlıdır, maliyyə dəstəyi verməyə hazırdır.

Energetika nazirinin müavini Elnur Soltanov ölkənin külək, günəş və digər bərpaolunan enerji potensialından danışaraq bu sahənin inkişafı istiqamətində görülmüş işlər barədə məlumat verib. Bildirib ki, hazırda bərpaolunan enerji sektorunun inkişafına özəl investisiyanın cəlbi məqsədilə normativ hüquqi baza yaradılır, güzəştli tariflərin tətbiqini nəzərdə tutan mexanizmlər hazırlanır. Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üçün BP, “Total”, “Masdar” və digər xarici şirkətlərlə əməkdaşlıq sənədləri imzalanıb.

Görüşdə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb.