YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Xızı rayon təşkilatının Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. Konfransda YAP Xızı rayon təşkilatının keçən müddət ərzində görülən işlər və qarşıda duran məsələlər müzakirə edilib.

Konfransda YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev çixiş edərək qarşıya qoyulan məqsədlər, eləcə də gənclərin partiyadakı rolu, ölkə rəhbərliyinin Azərbaycan gəncliyinə göstərdiyi davamlı diqqət və qayğısı barədə danışaraq barədə bəhs edib.

YAP Xızı rayon təşkilatının Gənclər Birliyinin üzvü İman Ağayev məruzə ilə çıxış edərək bildirib ki, partiyanın Xızı rayon təşkilatının gəncləri ötən müddət ərzində istər seçkilərdə, istərsə də digər əhəmiyyətli ictimai-siyasi tədbirlərdə uğurlu fəaliyyət göstərərək, öz davamlı töhfələrini veriblər.

Konfransda daha sonra çıxış edənlərdən Səidə Dadaşova, Elyanar Hüseynov və başqaları ölkəmizdə yürüdülən uğurlu gənclər siyasətindən danışaraq, əldə edən nailiyyətlərin hər birinin Azərbaycanın daha uğurlu gələcəyinə stimul verdiyini qeyd etmiş, ölkə gəncliyinin partiyanın Sədri, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşdiyini bildiriblər.

Məruzələrdən sonra təşkilati məsələlərə baxılıb. İman Ağayev YAP Xızı rayon təşkilatının Gənclər Birliyinin sədri seçilib.

Konfransda YAP Gənclər Birliyinin ümumrespublika konfransına nümayəndələri də seçilib.

Konfransda “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək, gənclərin ictimai-siyasi həyatda rolu və qarşıda duran vəzifələr barədə bəhs etdi.