YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Sabirabd rayon təşkilatı Gənclər Birliyinin IV hesabat seçki konfransı keçirilib

Mayın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Sabirabd rayon təşkilatı Gənclər Birliyinin IV hesabat seçki konfransı keçirilib. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə tər çiçəklər düzüblər.

 Konfransda giriş sözü ilə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva Yeni Azərbaycan Partiyasını cəmiyyətin aparıcı siyasi qüvvəsi olduğunu bildirib.

YAP Sabirabad rayon təşkilatı Gənclər Birliyinin sədri Hacıəli İsmayılov isə tədbirdə hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, rayon təşkilatının Gənclər Birliyi hesabat dövrü ərzində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb.

 Daha sonra hesabat məruzəsi ətrafında fəal gənclər Varis Rüstəmov, Səbinə Qarayeva və Toğrul Kərimili çıxış ediblər.

Sonra konfransda Rayon Ağsaqqalar Şurasının sədri Böyükağa Həmidov, Milli Məclisin deputatları Rüstəm Xəlilov, Elçin Quliyev və Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətini vurğulayıblar.

Tədbirdə həmçinin təşkilati məsələlərə baxılıb. YAP Sabirabad rayon təşkilatı Gənclər Birliyinin Şura və İdarə Heyətinin üzvləri seçilib. Varis Rüstəm oğlu Rüstəmov YAP Sabirabad rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.Eyni zamanda, rayon təşkilatı Gənclər Birliyinin sədr müavinləri və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin V Konfransına 2 nəfər nümayəndə seçilib.

Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul olunub.

DİGƏR Partiya xəbərləri Arxiv