YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Gəncədə “Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda konfrans keçirilib

Yeni Azərbaycan Partiyasının və Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda konfrans keçirilib.

BMT-nin elan etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədinin (DİM) təmin olunması istiqamətində görülən işlərə töhfə vermək məqsədi daşıyan konfransın içtirakçıları əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəsətələri düzərək, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov BMT-nin 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədləri təşəbbüsünə fəal qoşulan müstəqil ölkəmizin qarşıya qoyulmuş məqsəd və hədəflərin dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektləri istiqamətdə apardığı işlərin əhəmiyyətindən danışıb. Qlobal problemlərə toxunan Niyazi Bayramov Azərbaycan inkişafın dayanıqlılığının təmin olunması istiqamətində işlərə 2000-ci ildə Minilliyin İnkişaf Məqsədlərinə qoşulmaqla başladığını qeyd edib: Prezident İlham Əliyevin rəhbərliyi ilə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın uğurlu həyata keçirilməsinin nəticəsində ölkədə yoxsulluğun və işsizliyin azaldılması istiqamətində mühüm nailiyyətlər əldə edilib.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2019” hesabatında Azərbaycan 190 ölkə arasında 32 pillə irəliləyərək, 57-ci pillədən 25-c yerə yüksəldiyini diqqətə çatdırıb: Dünya Bankı kimi nüfuzlu bir qurumun hesabatında yüksək pilləyə qalxmağımız, uğurlarımız Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsizliyini və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, mənafelərini əks etdirdiyini bir daha göstərir.

Dayanıqlı İnkişaf Məqsədlərində bəşəriyyət üçün ekoloji tarazlığın təmin edilməsi, dünya xalqlarının daha yaxşı yaşaması üçün əlverişli mühitin yaradılması, gender bərabərliyinin, insan hüquqlarının daha yüksək səviyyədə təmin edilməsi üçün nəzərdə tutulduğunu qeyd edən Seymur Orucov 17 əsas məqsəd və bunlara uyğun olaraq 169 hədəfi müəyyənləşdirən layihənin ölkəmizdə həm milli inkişafa, həm də dünya transformasiyası məqsədlərinə nail olunacağını qeyd edib.

Konfrans işini 2 paneldə davam etdirib.

YAP Gəncə şəhər təşkilaının sədri, millət vəkili Naqif Həmzəyev Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Gənclər Birliyini sədr müavini Ramin Məmmədov, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və  Əlaqələndirmə Ofisinin rəhbərinin müavini Dinara Abbas, Azərbaycan Respublikasının Dayanaqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov, Kənd Təsərrüfatı yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Namiq Məmmədov, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova panellərdə çıxış edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində Azərbaycanda görülmüş işlər barədə iştirakçılara ətraflı məlumat veriblər. Natiqlər qlobal layihənin həyata keçirilməsində, daha yaxşı gələcək üçün yoxsulluğu aradan qaldırmaqda, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizədə gənclərimizin fəal iştirakının, həmrəyliklərinin vacibliyini vurğulayıblar.

Konfransda qeyd olunan məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb, gənclərin sualları plenar üzvləri tərəfindən ətraflı cavablandırılrb.

Dayanıqlı İnkişaf Məqsədlərindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə fəal gənclərə Fəxri Fərman təqdim edilib.

Qeyd edək ki, konfrans Dayanıqlı İnkişafın 2-ci, 10-cu, 16-cı və 17-ci məqsədlərinə həsr olunub. Belə ki, 2-ci məqsəd “Aclığa son qoymaq, ərzaq təhlükəsizliyinə və daha yaxşı qidalanmaya nail olmaq və dayanaqlı kənd təsərrüfatını təşviq etmək”, 10-cu məqsəd “Ölkə daxilində və ölkələr arasında bərabərsizlikləri azaltmaq”, 16-cı məqsəd “dayanaqlı inkişaf üçün sülhpərvər və inklüziv cəmiyyətləri təşviq etmək, hamı üçün ədalət məhkəməsinə çıxış imkanını təmin etmək və bütün səviyyələrdə effektiv, məsuliyyətli, inklüziv təşkilatlar qurmaq”, 17-ci məqsəd isə icra vasitələrini gücləndirmək və dayanıqlı inkişaf naminə qlobal tərəfdaşlığı yenidən canlandırmaq məsələləridir.

DİGƏR Partiya xəbərləri Arxiv