YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan yəhudiləri Prezident İlham Əliyev ilə həmrəydirlər

Yəhudi Xəbərlər Agentliyi (YXA) “Azərbaycan Prezidentinin aydın mövqeyi” sərlövhəli məqalə dərc edib. Azərbaycan Prezidenti İlham Əliyevin Gənclər Siyasət üzrə I Qlobal Forumun iştirakçıları qarşısında çıxışına həsr olunan məqalədə deyilir: “Prezident İlham Əliyev özünün konseptual çıxışında aydın şəkildə bildirib ki, Azərbaycan öz prioritetlərini və məqsədlərini, o cümlədən millətlərarası və dinlərarası münasibətlərə dair prioritet və məqsədlərini aydın şəkildə müəyyən etmiş gənc, müstəqil, dinamik və müasir ölkədir”.

Azərbaycan Prezidenti çıxışında vurğulayıb: “Azərbaycanın ən böyük nailiyyətlərindən biri ondan ibarətdir ki, burada mədəni müxtəliflik, etnik və dini tolerantlıq mühiti hökm sürür. Azərbaycan çoxmillətli, çoxdinli ölkədir. Bütün vətəndaşlarımız sülh və əmin-amanlıq şəraitində yaşayırlar”.

Respublika yəhudiləri “Azərbaycan sanki sabitlik, inkişaf adasıdır və proqnozlaşdırılan ölkədir” deyən möhtərəm Prezidentimiz İlham Əliyevin sözləri ilə tam həmrəydirlər. Məqalədə qeyd edilir ki, proqnozlaşdırılan - hər bir etnosun, hər bir konfessiyanın nümayəndəsinin öz gələcəyinə əmin olduğu bir ölkədə yaşamaq çox vacibdir.