YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə və Azərbaycan bütün məsələlərdə ortaq mövqe nümayiş etdirir

Türkiyə və Azərbaycan bütün məsələlərdə ortaq mövqe nümayiş etdirir. Siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimiz yüksək səviyyədədir.

Bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru, professor Əli Rəsul Üsul noyabrın 3-də ADA Universitetində “Azərbaycan-Türkiyə münasibətlərində siyasi təhlükəsizlik aspektləri” mövzusunda keçirilən “dəyirmi masa”da deyib. O bildirib ki, beynəlxalq miqyasda Azərbaycan və Türkiyə münasibətləri kimi yüksək səviyyədə olan ikinci bir münasibət yoxdur.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin əməkdaşı Turab Qurbanov ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdiyini söyləyib. O, Azərbaycanın və Türkiyənin strateji tərəfdaşlar olduğunu bildirib.

Vurğulayıb ki, hər iki ölkə bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Azərbaycanın təşəbbüsü ilə yaradılan üçtərəfli əməkdaşlıq formatlarında da ölkələrimiz bir-birinin yanındadır. Azərbaycan və Türkiyə əməkdaşlığı regionda sülhü, sabitliyi təmin etməyə, iki ölkənin xalqları arasında mehribanlığı daha da artırmağa xidmət edir. T.Qurbanov Dağlıq Qarabağ münaqişəsinin həllində də Türkiyənin hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb.