YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Şərifov: "Azadlığa Dəstək Aktı"na edilmiş düzəlişin tamamilə ləğvinin Azərbaycan-ABŞ əlaqələrinin daha da möhləmləndirilməsinə töhfə verəcəyinə inanırıq

Təəssüf hissi ilə bildirmək istərdim ki, Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığına kölgə salan bir sıra məsələlər də mövcuddur. Bu baxımdan, ilk növbədə, 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul olunmuş və ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirən birbaşa dövlət yardımlarının göstərilməsini qadağan edən "Azadlığa Dəstək Aktı"na edilmiş 907-ci düzəlişin tamamilə ləğvinin əlaqələrimizin daha da möhləmləndirilməsinə töhfə verəcəyinə inanırıq.

Bu sözləri mayın 17-də Bakıda keçirilən Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının IV iclasında Maliyyə naziri Samir Şərifov deyib.

"Ümidvarıq ki, ABŞ hökuməti bu istiqamətdə, yəni həmin düzəlişin aradan qaldırılması istiqamətində müvafiq addımların atılmasını təmin edəcək", - deyə nazir vurğulayıb.