Xəbərlər
İnam Kərimov: Qida təhlükəsizliyi sistemi təkcə dövlətin deyil, biznes dairələri və fermerlərin üzərinə də böyük öhdəliklər qoyur
Qida təhlükəsizliyi sistemi təkcə dövlətin deyil, biznes dairələri və fermerlərin üzərinə də böyük öhdəliklər qoyur.
Bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi ölkədə qida təhlükəsizliyinin təmin edilməsində maraqlıdır:
"Fermerlərin istehsal etdikləri məhsulların müvafiq keyfiyyət standartlarına uyğunlaşdırımasının təmin edilməsi, onların məhsullarının daxili və xarici bazarlarda daha rəqabətqabiliyyətli ola bilməsi hazırda aqrar sahənin əsas inkişaf məqsədlərindən biridir".
İ.Kərimov əlavə edib ki, bu gün ərzağın təmiz və keyfiyyətli olması qida təhlükəsizliyinin əsas vəzifələrindən biridir.
İ.Kərimov əlavə edib ki, qida zəncirinin ilkin istehsal mərhələsi olaraq müvafiq nəzarətin effektiv və tələb olunan normalara uyğun aparılması üçün hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Təhlükəsiz və sağlam qidanın əldə olunmasında innovativ texnologiyaların tətbiqinə xüsusi önəm verilməlidir.