YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandası Avropa çempionatının finalına vəsiqə qazanıb

Mayın 16-da Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə 35-ci Avropa çempionatında 5 halqa ilə yarışların finalına yüksəlib.

Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət milli komandamız çempionatda 15-ci nömrə altında çıxış edib. Hakimlərdən 21,650 xal alan komandamız beşinci olub.

Təsnifat mərhələsində 20 komandanın çıxışından sonra ilk 8 pillədə qərarlaşan kollektiv finala vəsiqə qazanıb. Azərbaycanla yanaşı, finalda Rusiya, Belarus, İtaliya, Ukrayna, İspaniya, Estoniya və Litva medallar uğrunda mübarizə aparacaq.

Beş halqa üzrə yarışın finalı mayın 19-da təşkil olunacaq.

Dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edirlər. Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.