YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Mamuka Baxtadze: Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsi qlobal əhəmiyyətə malikdir

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsi təkcə bizim dövlətlərin iqtisadi inkişafında deyil, dünya iqtisadiyyatında da böyük imkanlar yaradacaq.

Gürcüstan hökuməti dəftərxanasından bildiriblər ki, bu fikirləri Baş Nazir Mamuka Baxtadze Nur-Sultan şəhərində keçirilən iqtisadi forumda səsləndirib.

Hökumət başçısı deyib ki, ölkəsi “Bir yol, bir kəmər” təşəbbüsünə qoşulan ilk ölkələrdən biri olub və tarixi İpək yolunun bərpası təşəbbüsünün ayrılmaz hissəsidir.

Onun sözlərinə görə, birgə həyata keçirilən nəqliyyat, infrastruktur və logistik layihələr region dövlətlərinin iqtisadi imkanlarını və əhəmiyyətini daha da artırır.

DİGƏR Xəbərlər Arxiv