YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sədrinin müavini: Radikal mövqe tutan müxalif dairələr xalqın mövqeyindən nəticə çıxarmalıdır

“Azərbaycan xalqının, vətəndaşlarının radikal müxalifətə qarşı etirazları onların fəaliyyətində dönüş yaratmalıdır. Onlar öz fəaliyyətlərində doğru yol tutmalıdır”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Əli Əhmədov bildirib ki,  radikal mövqe tutan müxalif dairələr xalqın mövqeyindən nəticə çıxarmalıdır. Çünki seçkilərdə bütün siyasi qüvvələr, o cümlədən müxalifət  xalqdan səs qazanmağı gözləyirlər. Xalq isə səsini kimə vermək lazım olduğunu yaxşı bilir.

“İstəyərdim ki, radikal müxalifət bu adı öz üzərindən götürsün. Radikallıq heç bir halda cəmiyyətə uğur gətirə bilməz. Dünyanın hər bir yerində radikallıqdan həm cəmiyyət, həm xalq, həm də dövlət həmişə ziyan çəkib. Mən istəməzdim ki, Azərbaycanın müxalifətinin hansısa bir hissəsi radikal olsun. Amma təəssüf ki,  bəzi müxalifət dairələri öz radikalçılığı ilə bəlkə də “fəxr etmək” dərəcəsində səhvə yol verirlər. Radikalçılıq böyük faciədir, böyük nöqsandır, bunun aradan qaldırılması bizim hər birimizin, ilk növbədə, xalqın, vətəndaşların, bütövlükdə   Azərbaycan cəmiyyətinin üzərinə düşən vəzifədir”-deyə, YAP Sədrinin müavini vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv