YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maliyyə Nazirliyi problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün 430,6 mln. manat ayırıb

Maliyyə Nazirliyi fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsi üçün üç tranş çərçivəsində ümumilikdə 430,6 mln. manat ayırıb.

Bunu Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib.

Onun sözlərinə görə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Maliyyə Nazirliyinə təqdim olunan siyahı əsasında 8-14 may tarixlərində müvafiq olaraq 53,5 mln. və 26,3 mln. manat vəsait bankların Mərkəzi Bankdakı müxbir hesablarına köçürülüb.

M.Piriyev qeyd edib: “Bundan əvvəl, 19 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən 350,8 mln. manat həcmində ilk tranş da nəzərə alınmaqla, bu günkü tarixə umumilikdə 430,6 mln. manat kompensasiya məbləğinin bankların, ləğvetmə prosesində olan bankların və poçt operatorunun Mərkəzi Bankdakı hesablarına köçürülməsi təmin edilib”.