YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"RAEX-Avropa" Azərbaycana yüksək kredit reytinqi verib

"RAEX-Avropa" Azərbaycana milli və xarici valyutada "BB +" (hökumətin ödəmə qabiliyyətinin kifayət qədər səviyyəsi) suveren kredit reytinqini verib.

"RAEX-Avropa" agentliyinin verdiyi məlumata görə, reytinq üzrə proqnoz sabitdir, bu da o deməkdir ki, orta müddətdə reytinqin saxlanılması ehtimalı yüksəkdir.

Proqnoza görə, Azərbaycana verilmiş "BB +" suveren kredit reytinqləri, yığılmış milli ehtiyatların əhəmiyyətli miqdarında dəstəklənən güclü büdcə mövqeyinə görə kifayət qədər kredit qabiliyyətini əks etdirir.

Bundan əlavə, əlverişli neft qiymətləri ticarət balansını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb və yerli valyutanı sabitləşdirib.

"RAEX-Avropa"nın reytinq analitiki Elena Kolokolova bildirib ki, "Sabit" proqnozu reytinqin orta müddətdə eyni səviyyədə qalacağını ehtimal edir.