YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çexiya parlamenti Deputatlar Palatasının sədri Azərbaycana rəsmi səfərə gəlib

Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 15-də Azərbaycana rəsmi səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Çexiya parlamenti Deputatlar Palatasının sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Valeh Ələsgərov qarşılayıb.

Jurnalistlərə müsahibəsində Radek Vondraçek Azərbaycana səfərdən məmnunluğunu bildirib. O, ölkələrimiz arasında bir çox oxşarlıqların olduğunu deyib.

Deputatlar Palatasının sədri Çexiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf səviyyəsini yüksək qiymətləndirdiklərini söyləyib. O, Azərbaycana iş adamlarından ibarət nümayəndə heyəti ilə gəldiyini qeyd edib. Səfər çərçivəsində bir çox sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələrin aparılacağını diqqətə çatdıran Radek Vondraçek əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.