YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti Şimali Makedoniya Respublikasının Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskiyə təbrik məktubu göndərib.

Dövlətimizin başçısı Şimali Makedoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Stevo Pendarovskini təbrik edib.

“Ümidvaram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik”, - deyə Prezident İlham Əliyev bildirib.

Dövlətimizin başçısı Şimali Makedoniya Respublikasının Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətində uğurlar diləyib.

DİGƏR Xəbərlər Arxiv