Partiya xəbərləri
YAP Kürdəmir rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirib
Mayın 10-da YAP Kürdəmir rayon təşkilatı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər-çiçəklər düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Sonra Ulu Öndərə həsr olunmuş ”Şəxsiyyət” filmi nümayiş etdirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, Kürdəmir rayon Ziyalılar cəmiyyətinin sədri, YAP rayon təşkilatının idarə heyəti üzvü Sabir Novruzov “Heydər Əliyev Azərbaycan xalqının əbədi lideridir”, YAP rayon təşkilatının Gənclər Birlyinin sədr müavini Mais Bayramov “Heydər Əliyev və Azərbaycan”, 2 saylı tam orta məktəbin tarix müəllimi Ülviyə Şükürova “Xalqına bağlanan ömür” mövzularında məruzə ilə çıxış ediblər.