YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransa və Türkiyə prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib

Fransada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 31-də Prezident Fransua Olland ilə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini də müzakirə ediblər.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında

Fransua Olland deyib ki, müzakirələr zamanı Fransa ilə Türkiyə arasında siyasi, iqtisadi, nəqliyyat, ticarət, mədəniyyət, müdafiə, beynəlxalq təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. İraqda və Suriyada yaranmış vəziyyət də müzakirə edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Fransua Olland oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentləri ilə apardıqları danışıqları müsbət dəyərləndirib.

Prezident Rəcəb Tayyib Ərdoğan Fransa ilə müxtəlif sahələrdə əməkdaşlığı yüksək qiymətləndirib, Türkiyədə çoxlu sayda fransız şirkətinin fəaliyyət göstərdiyini bildirib.

Son vaxtlar Kobani ətrafında yaranan vəziyyətdən bəhs edən Rəcəb Tayyib Ərdoğan sərhəddə yerləşən bu şəhərdə baş verən hadisələrin ölkəsi tərəfindən diqqətlə izləndiyini söyləyib.