YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbirlər keçirilmişdir

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü  münasibətilə YAP Ağcabədi rayon təşkilatının tədbirlər planına müvafiq olaraq nəzərdə tutulan tədbirlər, yarış və müsabiqələr başa çatmışdır.

Ağcabədi rayon məktəbliləri arasında keçirilən şahmat turnirində oğlanlar arasında Ağcabədi şəhər 11 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Röyal Qurbanov I,  Ağcabədi şəhər 11 saylı tam orta məktəbin VII sinif şagirdi Amil Qurbanov II,  Ağcabədi şəhər 4 saylı tam orta məktəbin V sinif şagirdsi Vidadi Qurbanlı III, Qızlar arasında  Ağcabədi şəhər 11 saylı tam orta  məktəbin III sinif şagirdi  Məryəm Abışova I, Ağcabədi şəhər 1 saylı tam orta məktəbin II sinif şagirdi Ülviyyə Quliyeva  II,   Ağcabədi şəhər 3 saylı məktəb-liseyin IV sinif şagirdsi   Cəmilə Namazova III yerə layiq görülmüşlər.

Komandalar arasında keçirilən intellektual oyun müsabiqəsində Ağcabədi şəhər 3 saylı məktəb-liseyin komandası I, Ağcabədi şəhər 8 saylı tam orta məktəbin komandası II, Ağcabədi şəhər 9 saylı tam orta məktəbin komandası III yeri tutmuşlar.

Məktəb komandaları arasında keçirilən atıcılıq yarışında Ağcabədi şəhər 11 saylı tam orta məktəbin komandası I, Ağcabədi şəhər 4 saylı tam orta məktəbin komandası II, Ağcabədi şəhər 9 saylı tam orta məktəbin komandası III yri tutmuşlar.

Müəssisə və təşkilatlar arasında mini futbol üzrə keçirilən turnirdə Ağcabədi  40 saylı Yol istismar MMC-nin komandası I, Ağcabədi Pedaqoji Kollecin komandası II, yeri tutmuşlar.                     

İnşa müsabiqəsi üzrə Ağcabədi rayon Şənlik kənd tam orta məktəbin IX sinif şagirdi Ülviyyə Əliyeva I, Ağcabədi şəhər 6 saylı tam orta məktəbin VIII sinif şagirdi Süsən Həsənova II, Ağcabədi rayon Boyat kənd tam orta məktəbin IX sinif şagirdi Məmmədli Ceyhunə III yeri tutmuşlar.  

Bədii qiraət müsabiqəsi üzrə Ağcabədi şəhər 6 saylı tam orta məktəbin VI sinif şagirdi  Coşqun Qasımov I, Ağcabədi rayon Salmanbəyli kənd tam orta məktəbin IX  sinif  şagirdi  Rəşad  Həsənov II, Ağcabədi rayon C.Quliyev adına Təzəkənd kənd tam orta məktəbin IX sinif  şagirdi  Əlvan Əsgərli III yeri tutmuşlar.

Yarış qalibləri  10 may 2019-cu il tarixdə       Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən ümumrayon tədbirində fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaqlar.