YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Yevlax şəhər təşkilatı “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax şəhər təşkilatı və Yevlax şəhər 2 saylı uşaq musiqi məktəbinin birgə təşəbbüsü ilə  Ümummilli Lider  Heydər Əliyevin anadan olmasının  96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” ədəbi-bədii musiqili tədbir keçirilib.

Tədbiri Yevlax şəhər 2 saylı uşaq musiqi məktəbinin direktoru Allahverdi Cəbrayılov açaraq tədbirin məqsədi haqqında ətraflı məlumat verib.

Sonra 2 saylı uşaq musiqi məktəbinin müəllim və şagirdlərdən ibarət xor kollektivi, uşaq musiqi ansabılı kollektiv və fərdi qaydada konsert proqramı ilə çıxış ediblər.

YAP Yevlax şəhər təşkilatının Sədr müvini, aparat rəhbəri Əli Quliyev bldirib ki, müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini öyrənmək hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin vətəndaşlıq borcudur. Məhz bu ruhda formalaşan gənclik əsl vətənpərvər vətəndaş olaraq öz ölkəsinin mənafeyini qoruya bilər.

Sonra çıxış edənlər YAP Yevlax şəhər təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova, Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşı Vaqif Əliyev Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolundan danışıblar.

Sonda Yevlax 2 saylı uşaq musiqi məktəbinin drektoru Allahverdi Cəbrayılova, müəllimlərdən ibarət xor kollektivinə və şagirdlərdən ibarət ansabıla YAP Yevlax şəhər təşkilatının fəxri fərmanları təqdim olunub.