YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Zaqatala rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Zaqatala rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Zaqatala Heydər Əliyev Mərkəzində keçirilən konfransı giriş sözü ilə açan YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından bəhs edib. O, həmçinin dövlət gənclər siyasətinin haqqında da məlumat verib.

Konfransda daha YAP Zaqatala rayon təşkilatının Gənclər Birliyinin sədri Ramin Həsənovun hesabat məruzəsi dinlənilib.

Daha sonra tədbirdə rayon gənclər və idman idarəsinin müdiri Araz Əliyev, YAP Zaqatala rayon təşkilatının aparat rəhbəri Fərid Ramazanov çıxış ediblər.

Konfransda Milli Məclisin deputatı Kamilə Əliyeva və Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi uğurlu inkişaf yolundan, Ulu Öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan nailiyyətlərdən danıblar.

Konfransda təşkilati məsələlərə baxılıb. YAP Zaqatala rayon təşkilatının Gənclər Birliyinin 21 nəfərdən ibarət Şura üzvü, 7 nəfərdən ibarət İdarə heyəti seçilib. Vüsal Ramazanov YAP Zaqatala rayon təşkilatının Gənclər Birliyinin sədri , Allahverdi İbrahimov isə sədr müavini seçilib.

Konfransda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin növbəti konfransina 2 nəfər nümayəndə seçilib.

DİGƏR Partiya xəbərləri Arxiv