YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan: Bakı-Tbilisi-Qars dəmir yolu regionda ən vacib layihələrdən biridir

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu regionda ən vacib layihələrdən biridir.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan Ankara, Bakı və Moskva arasında BTQ ilə yükdaşımalarının inkişafı barədə memorandumun imzalanmasını şərh edərkən deyib./Trend/

Nazir bildirib ki, üç ölkə arasında memorandumun imzalanması bu layihənin vacibliyini daha da artıracaq.

Qeyd edək ki, Türkiyə, Azərbaycan və Rusiya arasında müvafiq sənəd ötən gün imzalanıb.