YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti Müdafiə Nazirliyinin hərbi hissəsində olub

Azərbaycanda səfərdə olan Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini, general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin hərbi hissəsində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qonaqlar ərazidəki hərbi infrastruktur, inzibati, xidməti binalar və qurğular, eləcə də əsgər yataqxanası, yeməkxana və hərbi texnika ilə maraqlanıblar. Nümayəndə heyətinə şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.