YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Azərbaycan qlobal əhəmiyyətli nüfuzlu tədbirlərə uğurla ev sahibliyi edir

“Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi dünyada multikulturalizm dəyərlərinin, tolerantlıq ənənələrinin təbliği və təşviqində mühüm rol oynayır. Ölkəmizin qlobal əhəmiyyətli nüfuzlu – mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi bu baxımdan xüsusi əhəmiyyətə malikdir”. Bu sözləri Milli Məclisin deputatı Malik Həsənov deyib.

Onun sözlərinə görə, mayın 2-3-də paytaxt Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu səmərəli müzakirələrlə yadda qaldı: “Forum Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqa mühüm töhfədir. Eyni zamanda, Forumda səsləndirilən fikirlər Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı dövlətlərdən biri olduğunu bir daha təsdiq edir”.

“Forumda Azərbaycanın əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı məkan, tolerantlıq nümunəsi olduğu nəzərə çatdırıldı. Ümumiyyətlə, ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşaması beynəlxalq müstəvidə də olduqca yüksək qiymətləndirilir”,-deyə M. Həsənov əlavə edib.

Milli Məclisin deputatının sözlərinə görə, Azərbaycanın multikulturalizm təcrübəsi dünyada müsbət və təqdirəlayiq nümunə kimi dəyərləndirilir: “V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bu məsələ də diqqət mərkəzində oldu, ölkəmizdə multikulturalizmin dövlət siyasəti və həyat tərzi olduğu nəzərə çatdırıldı. Bütün bunlar Azərbaycanın sivilizasiyalararası dialoqa mühüm töhfələr verdiyini bir daha göstərir”.  

DİGƏR Xəbərlər Arxiv