YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Ölkə gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır

«Azərbaycanda gənclərlə bağlı aparılan siyasət dövlət siyasətinin əsas tərkib hissəsidir. Ölkə gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır». Bu fikirləri Milli Məclisin deputatı Fuad Muradov deyib. 

F.Muradov bildirib ki, gənclərin hərtərəfli inkişafı Azərbaycan Respublikasının dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən yürüdülən bu siyasət ölkə gəncləri üçün böyük imkanlar açıb.

«Dövlət idarəçilik strukturlarında gənc nəslə geniş yer verilməsi, xalqımızın gələcəyi olan gənclərə xüsusi diqqət onların  üzərinə böyük məsulliyət qoyur.  Aparılan bu siyasət  yeni nəslin sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin edib. Eyni zamanda, həyata keçirilən müvafiq dövlət proqramlarının əsas məqsədi Azərbaycanda gənclər siyasətini daha da inkişaf etdirmək,  gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar»- deyə, F.Muradov qeyd edib.